Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyənin Şirnak vilayətinin Cizrə şəhərində üç əcnəbi qətlə yetirilib.
"Report"un "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Əziziyyə məhəlləsində mənzillərin birinə daxil olan polis əməkdaşları boğazı kəsilən Ema Şaripova, bacısı Elnaz və nəvəsi Sahibin qanlı cəsədlərini aşkar ediblər.
Cinayətin təxminən üç gün əvvəl törədildiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.