Türkiyədə 21 terrorçu öldürülüb

Türkiyədə 21 terrorçu öldürülüb Onlardan 2 min 800 kq partlayıcı maddə müsadirə edilib
Region
7 Oktyabr , 2015 10:00
Türkiyədə 21 terrorçu öldürülüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 21 silahlısı məhv edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Mardin əyalətinin valiliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu tutulub.

Terrorçulardan 2 min 800 kq partlayıcı maddə müsadirə edilib.

"Nusaybin rayonunda terrorçuların qazaraq, barrikada kimi istifadə etdiyi 114 xəndək doldurulub. Terrorçular tərəfindən iki dinc sakin öldürülüb, 6-sı yaralanıb. Əməliyyat zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi