​Türkiyədə 21 hakim və prokuror həbs edilib

​Türkiyədə 21 hakim və prokuror həbs edilib Otuz bir hakim və prokuror haqqında da məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar verilib
Region
20 İyul , 2016 03:03
​Türkiyədə 21 hakim və prokuror həbs edilib

Bakı. 20 iyul. REPORT. AZ/ İstanbul Cümhuriyyət Prokurorluğunda dövlət çevrilişinə cəhdlə bağlı məhkəməyə verilmiş 21 hakim və prokuror həbs edilib.

"Report" Türkiyə mətbuatına itinadən xəbər verir ki, məhkəmə 21 hakim və prokurorun "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbsinə qərar verib. Bununla yanaşı, 31 hakim və prokuror haqqında da məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar verilib.

Təhqiqata cəlb edilmiş digər hakim və prokurorların dindirilməsi davam edir.

Anadolu Cümhuriyyət Prokurorluğu tərəfindən isə 86 hakim və prokurorun işi üzrə başlanmış təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib.

Son xəbərlər

Orphus sistemi