​Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

​Türkiyədə 16 terrorçu zərərsizləşdirilib İdil rayonunda antiterror əməliyyatı davam edir
Region
7 Mart , 2016 16:25
​Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin İdil rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 16 silahlısı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, İdil rayonunun Turqut Özal məhəlləsində terrorçuların qazdıqları xəndəklərin doldurulması zamanı bir qrup silahlı əsgərlərə hücum edib. Atışma nəticəsində 16 terrorçu zərərsizləşdirilib.

Ərazidə əməliyyat davam edir.

Son xəbərlər

Orphus sistemi