Türkiyədə 126 general və admiral barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyədə 126 general və admiral barəsində həbs qətimkan tədbiri seçilib 3 general-mayor və 1 kontr-admiral sərbəst buaxılıb, 1 general-mayor və 1 general-polkovnikin istintaqı davam edir
Region
23 İyul , 2016 12:16
Türkiyədə 126 general və admiral barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdinə görə 133 general və admiral saxlanılıb. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumatına görə, onlardan 126 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin hərbçilərə qarşı "Türkiyədə silahlı üsyana təşəbbüs göstərmək", "Qanunvericilik orqanının işinin əngəlləməsinə təşəbbüs göstərmək", "Konstitusiyanı pozmaq", "Prezidentə sui-qəsd və hücum", "Silahlı terror təşkilatı yaratmaq və idarə etmək", "Silahlı terror təşkilatına üzv olmaq", "Çevrilişə təşəbbüs göstərmək" və s. ittihamlar irəli sürülüb.  

Məlumata görə, 3 general-mayor və 1 kontr-admiral sərbəst buaxılıb, 1 general-mayor və 1 general-polkovnikin istintaqı davam edir. 

Həmçinin 1 general-mayor barəsində saxlanılma qərarı verilib. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi