​Türkiyədə 12 turistin olduğu hava şarı yerə düşüb

​Türkiyədə 12 turistin olduğu hava şarı yerə düşüb Yaralılardan ikisi xarici vətəndaşdır
Region
10 Mart , 2015 21:12
​Türkiyədə 12 turistin olduğu hava şarı yerə düşüb

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin Dənizli vilayətində yerləşən məşhur Pamukkale kurortunda 12 nəfərin olduğu hava şarı yerə düşüb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb güclü külək olub. Bildirilir ki, Güzelpınar məhəlləsinə düşən şardaki yaralılardan ikisi xarici vətəndaşdır.

Yaralılar təcili tibbi yardım maşınları ilə vilayətin müxtəlif xəstəxanalarına çatdırılıb.

Jandarmeriya qüvvələri hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi