Türkiyə XİN: “Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir”

Türkiyə XİN: “Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir” “Azərbaycan Qarabağ münaqişəsində səbir göstərir”
Region
10 Aprel , 2016 00:41
Türkiyə XİN: “Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir”

Bakı. 10 Aprel. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində səbirli davranış nümayiş etdirir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, lakin Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir.

“Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT və AŞPA buna qiymət verib. Lakin Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir. Naxçıvan istiqamətində atəşkəsin pozulması bunun əyani təsdiqidir. Bu, ciddi pozuntudur. Azərbaycan bu məsələdə təmkinli davranır. Ümid edirik ki, irimiqyaslı qarşıdurma baş verməyəcək”, — deyə Çavuşoğlu bildirib.

Eyni zamanda XİN rəhbəri qeyd edib ki, ATƏT-in Minsk qrupu münaqişənin həllinə lazımi dərəcədə maraq göstərməyib və bununla da gözləntiləri doğrultmayıb.

Son xəbərlər

Orphus sistemi