​Türkiyə XİN təmsilçisi: "Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir"

​Türkiyə XİN təmsilçisi: "Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir" Tanju Bilgic: "Krım tatarlarının hüququ və azadlıqlarının qorunması yönündə fəaliyyətimizi davam etdirəcəyik"
Region
29 Dekabr , 2015 19:22
​Türkiyə XİN təmsilçisi: Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir

Bakı. 29 dekabr. REPORT.AZ/ Ukraynanın Xerson vilayətində Krım tatar taboru", "Noman Çelebicixan" adları altında yaradılacağı ehtimal edilən hərbi birləşmələri Türkiyənin dəstəkləməsi iddiaları həqiqəti əks etdirmir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçsü Tanju Bilgic bildirib.

O bunu Türkiyəyə qarşı edilən təbliğatın tərkib hissəsi olduğunu vurğulayıb.

Tanju Bilgic onu da bildirib ki, ölkəsi Krımın ilhaqını tanımayıb və tanımayacaq: "Krım tatarlarının hüququ və azadlıqlarının qorunması yönündə fəaliyyətimizi davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi