​Türkiyə XİN təkzib edib: "89 ölkəyə viza rejimi tətbiq edilməyəcək"

​Türkiyə XİN təkzib edib: "89 ölkəyə viza rejimi tətbiq edilməyəcək" KİV 2016-cı il iyunun 1-dən Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejiminin tətbiq ediləcəyi haqda məlumat yayıb
Region
9 Yanvar , 2016 17:48
​Türkiyə XİN təkzib edib: 89 ölkəyə viza rejimi tətbiq edilməyəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyə 89 dövlətin vətəndaşlarına viza rejimini tətbiq etməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Avrointeqrasiya çərçivəsində 2016-cı il iyunun 1-dən 89 ölkəyə viza rejimi tətbiq edilməyəcək.

Qeyd edək ki, bir müddət öncə Türkiyə KİV-i 2016-cı il iyunun 1-dən Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejiminin tətbiq ediləcəyi haqqında məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi