Türkiyə XİN-də vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir

Türkiyə XİN-də vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir Mövlud Çavuşoğlu: "FETÖ ilə əlaqəli əməkdaşların müəyyənləşdirilməsi üçün komissiya yaradılıb"
Region
23 İyul , 2016 16:21
Türkiyə XİN-də vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir

Bakı. 23 iyul. REPORT.AZ/ "Türkiyə Xarici İşlər Nazirliyində Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli əməkdaşların müəyyənləşdirilməsi üçün komissiya yaradılıb". 

"Report" "Milliyet"e istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, hazırda vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir: "FETÖ üzvləri imtahan suallarının ən çətin olduğu dövrlərdə Türkiyə Xarici İşlər Nazirliyinə sızıblar. Həmin suallar imtahandan əvvəl camaat tərəfindən iştirakçılara paylanılıb". 

Son xəbərlər

Orphus sistemi