Bakı. 28 iyun. REPORT.AZ/ Ankara vurulan "Su-24" təyyarəsinə görə Rusiyaya dəyən ziyanı ödəməyə hazırdır.
"Report" xəbər verir ki, bunu TRT telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
"Məktubun məzmunu aydındır. Biz öz təəssüfümüzü bildirdik və lazım gələrsə zərərin qarşılığını ödəməyə hazırıq (vurulan təyyarəyə görə). Hər iki ölkə münasibətlərin normallaşdırılmasını istəyir. Düşünürəm ki, işlər düzəlməyə doğru gedir", — deyə Yıldırım bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-də rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayaraq vurulan "Su-24" təyyarəsinə görə üzrxahlıq edib və Moskva ilə Ankaranın strateji tərəfdaş olduğunu bildirib.