Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin - Mevlüt Çavuşoğlu və Sergey Lavrovun görüşü Belqradda keçiriləcək. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır məlumat verib.
"Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü 2-4 dekabr tarixlərində Belqradda keçiriləcək", - Bozkır bildirib.
Rusiya tərəfi hələlik görüşün keçiriləcəyini təsdiqləməyib.
Qeyd edək ki, dekabrın 3-4-də Belqradda ATƏT ölkələrinin xarici işlər nazirlərinin Şurası keçiriləcək.