​Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzalayıb

​Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzalayıb Rəcəb Tayyib Ərdoğan ötən gecə Qətərə səfər edib
Region
2 Dekabr , 2015 16:29
​Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzalayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin "BOTAŞ" neft-qaz şirkəti ilə Qətərin "Katar Petrol"u arasında müqavilə imzalanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Qətər Türkiyəyə maye qaz ixrac edəcək.

Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı rəsmi Ankara və Moskva arasında təbii qaza dair böhranın yaranacağı ehtimal edilir. Rusiyanın Türkiyəyə satdığı "mavi yanacağ"ı kəsəcəyi halda, rəsmi Ankara Qətərdən qaz alacaq. Artıq "BOTAŞ"la "Katar petrol" bununla bağlı anlaşma imzalayıb. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Qətərə səfər edib. O, bir müddət öncə bildirmişdi ki, Rusiya təbii qaz nəqlini dayandıracağı halda, Azərbaycan, İran və Qətərdən "mavi yanacaq" idxalını artıracaqlar. 

Son xəbərlər

Orphus sistemi