​Türkiyə və Gürcüstan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib

​Türkiyə və Gürcüstan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib Georgi Marqvelaşvili: "Gürcüstan istənilən terror hadisəsini qınayır"
Region
12 Avqust , 2015 13:50
​Türkiyə və Gürcüstan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib

Bakı. 12 avqust . REPORT.AZ/ "Gürcüstan Türkiyənin vacib tərəfdaşlarındandır".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə telefon danışığında bildirib.

Türkiyə prezidenti bu il iyunun 13-14-də Tbilisidə baş verən təbii fəlakətdən zərərçəkənlərə yardım etməyə hazır olduqlarını bir daha vurğulayıb.

"Gürcüstan istənilən terror hadisəsini qınayır. Beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, dünyanın ən böyük təhlükəsinə qarşı birgə mübarizəni davam etdirir", - G.Marqvelaşvili bildirib.

Rəcəb Tayyib Ərdoğan dəstəyə görə rəsmi Tbilisiyə təşəkkür edərək bildirib ki, Gürcüstanın beynəlxalq aləmdə sülh və sabitliyin qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir.

Dövlət başçıları ikitərəfli və regional əməkdaşlığa dair digər məsələləri də müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi