Türkiyə Vatikandan izahat tələb edib

Türkiyə Vatikandan izahat tələb edib Vatikanın Ankaradaki səfiri XİN-ə dəvət olunub
Region
12 Aprel , 2015 17:41
Türkiyə Vatikandan izahat tələb edib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Vatikanda keçirilən mərasim zamanı Roma Papası Fransiskin 1915-ci ildə Osmanlı İmperiyasında yaşanan hadisələrlə bağlı səsləndirdiyi ifadələr Türkiyənin sərt reaksiyasına səbəb olub.

"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Ankara Vatikandan məsələ ilə bağlı izahat tələb edib. Bu dövlətin Ankaradaki səfiri XİN-ə dəvət edilib.

Xarici səfərdə olan Türkiyə XİN rəhbəri Mövlüt Çavuşoğlu isə türk diplomatlarla interaktiv görüş keçirərək hadisənin təfərruatları barədə məlumat alıb.

Qeyd edək ki, Roma Papası "20 əsrdə törədilən ilk soyqırım qurbanlarının ermənilər olduğunu" iddia edib.

Son xəbərlər

Orphus sistemi