​Türkiyə universitetlərində çalışan 5 342 nəfər vəzifəsindən kənarlaşdırılıb

​Türkiyə universitetlərində çalışan 5 342 nəfər vəzifəsindən kənarlaşdırılıb Onlar Fətullahçı Terror Təşkilatı ilə əlaqədə şübhəli bilinirlər
Region
12 Avqust , 2016 14:20
​Türkiyə universitetlərində çalışan 5 342 nəfər vəzifəsindən kənarlaşdırılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyədə dövlət və vəqf universitetlərində çalışan 5 342 nəfər vəzifəsindən kənarlaşdırılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Təhsil Şurası (YÖK) məlumat yayıb.

Xəbərdə bildirilib ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilindikləri üçün işlərindən uzaqlaşdırılıblar. 

"Ümumilikdə dövlət və vəqf universitetlərində çalışan 6 792 nəfər barəsində istintaq tədbirləri başlayıb. Onlardan 5 342 nəfəri vəzifəsindən uzaqlaşdırılıb. Unversitetlərin rəhbərliyindəki 1 545 əməkdaş barəsində istintaq işi başlayıb və onlardan 1 117 nəfəri işdən kənarlaşdırılıb", - şuranın məlumatına bildirilib.

Son xəbərlər

Orphus sistemi