​Türkiyə "Türk axını" üzrə danışıqları davam etdirməyə hazırdır

​Türkiyə "Türk axını" üzrə danışıqları davam etdirməyə hazırdır Qarşılığında Türkiyə Rusiyadan qaz satışı üzrə güzəşt tələb edir
Region
12 Sentyabr , 2015 21:00
​Türkiyə Türk axını üzrə danışıqları davam etdirməyə hazırdır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyə Rusiya qazının qiymətlərində güzəşt əldə etdikdən sonra "Türk axını" qaz kəmərinin tikintisi üzrə danışıqları davam etdirməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Turkiye"yə müsahibəsində Türkiyə müvəqqəti hökumətinin energetika və təbii sərvətlər naziri Əli Rıza Alaboyun bildirib.

Onun sözlərinə görə, bu məsələ həll və təsdiq olunmayınca, Türkiyə "Türk axını" qaz kəmərinin tikintisini detallı şəkildə müzakirə etməyə hazır deyil.

"Güzəştin verilməsinə dair məsələ tamamilə şifahi müzakirə olunub, heç bir yerdə kağıza həkk olunmayıb. Biz hesab edirik ki, bu düzgün deyil. Rusiya tərəfi ilkin şərtsiz bizə güzəşt etməli idi", - deyə Alaboyun bildirib.

Xatırladaq ki, bundan əvvəl "Türk axını" üzrə danışıqların dondurulduğu məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi