Bakı. 16 May. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri Suriya ordusuna məxsus uçuş aparatını vurub. Bu barədə Report NTV telekanalına istinadən məlumat verir.
Məlamuta əsasən, Türkiyə-Suriya sərhədini pozan uçuş aparatı Hatay vilayətinin Dursunlu-Emekli rayonunun səmalarında Türk F-16-ları tərəfindən vurulub.
Aparatın parçalanaraq Suriya ərazisinə düşdüyü bildirilir.
Sözü gedən aparatın helokopter yoxsa döyüş təyyarəsi olduğu haqda məlumat verilmir.