​Türkiyə Suriyadakı əsgərlərini xilas etmək üçün əməliyyat həyata keçirib

​Türkiyə Suriyadakı əsgərlərini xilas etmək üçün əməliyyat həyata keçirib Əməliyyat zamanı türk ordusunun bir əsgəri həlak olub
Region
22 Fevral , 2015 09:57
​Türkiyə Suriyadakı əsgərlərini xilas etmək üçün əməliyyat həyata keçirib

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə ordusu Osmanlı imperiyası sultanlarının əcdadı sayılan Süleyman Şahın məqbərəsini qoruyan 40 əsgərini Suriyadan təxliyə etmək üçün uğurlu əməliyyat həyata keçirib.

"Report" Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyat fevralın 22-nə keçən gecə, quru və hava bölmələrinin iştirakı ilə təşkil olunub.

Əməliyyatda ümumilikdə 750 hərbçi iştirak edib.

"Reuters"in məlumatına görə, əməliyyat zamanı türk ordusunun bir əsgəri həlak olub.

2014-cü ilin sentyabrında "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Hələb şəhərində Süleyman Şahın məqbərəsini qoruyan türk hərbçilərini əsir götürmüşdü.

Son xəbərlər

Orphus sistemi