​Türkiyə Suriya ilə sərhədə beton divar inşasını sürətləndirib

​Türkiyə Suriya ilə sərhədə beton divar inşasını sürətləndirib Divarın tikilməsində istifadə edilən beton blokların birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınığı 30 sm, eni 2 metrdir
Region
20 Avqust , 2015 18:40
​Türkiyə Suriya ilə sərhədə beton divar inşasını sürətləndirib

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə Suriya ilə sərhəddə beton divar inşasını daha da sürətləndirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Suriya ilə sərhəddəki Reyhanlı bölgəsində sərhədi tamamilə beton divarla örtəcək.

Bir müddət öncə 45 kilometrlik sərhədin 12 km-ni beton divarla örtmək nəzərdə tutulmuşdu. Ancaq son zamanlar bölgədə terror basqınlarının atrması səbəbindən Suriya ilə sərhədə tamamilə beton divar çəkmək planlaşdırılıb.

Məlumatda bildirilib ki, divarın tikintisində istifadə edilən beton blokların birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınlığı 30 sm, eni 2 metrdir.  

Son xəbərlər

Orphus sistemi