Türkiyə Silahlı Qüvvələrinin 195 zabiti ordu sıralarından xaric edilib

Türkiyə Silahlı Qüvvələrinin 195 zabiti ordu sıralarından xaric edilib Hərbçilərlə bağlı qərar Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq çərçivəsində qəbul olunub
Region
28 Oktyabr , 2016 14:35
Türkiyə Silahlı Qüvvələrinin 195 zabiti ordu sıralarından xaric edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrindən daha 195 hərbçi kənarlaşdırılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar Türkiyə Müdafiə Nazirliyinin qərarı əsasında Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq çərçivəsində ordu sıralarından xaric ediliblər.

Məlumata görə, həmin hərbçilər Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri komandanlıqlarında təmsil olunublar.

Bununla da Türkiyə Silahlı Qüvvələrindən xaric edilən şəxsi heyət üzvlərinin sayı 4 134 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi