​Türkiyə ordusu PKK-nın xeyli miqdarda silah-sursatını məhv edib

​Türkiyə ordusu PKK-nın xeyli miqdarda silah-sursatını məhv edib Ölkənin Bitlis şəhərində bir yük maşınını ələ keçirməyə çalışan terrorçu zərərsizləşdirilib
Region
21 Sentyabr , 2015 18:00
​Türkiyə ordusu PKK-nın xeyli miqdarda silah-sursatını məhv edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Dağlıca kəndində terrorçulara qarşı keçirilən hava əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilib və onların xeyli silah-sursatı məhv edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Hərbi Hava Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ölkənin Bitlis şəhərində bir yük maşınını ələ keçirməyə çalışan terrorçu PKK-nın silahlısı zərərsizləşdirilib.

Xəbərdə bildirilib ki, ölkənin Şirnak əyalətində iki terrorçu tutulub. 

Son xəbərlər

Orphus sistemi