​Türkiyə Silahlı Qüvvələri 5 İŞİD terrorçusunu məhv edib

​Türkiyə Silahlı Qüvvələri 5 İŞİD terrorçusunu məhv edib Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini baş nazirə məlumat verib
Region
24 İyul , 2015 19:58
​Türkiyə Silahlı Qüvvələri 5 İŞİD terrorçusunu məhv edib

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri 5 İŞİD terrorçusunu məhv edib. "Report"un "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, ordu generalı Yaşar Gülər bildirib. o, Türkiyənin baş naziri Əhməd Davudoğluna zabit Mehmet Yalçın Nanəni şəhid edən 5 İŞİD terrorçusunun öldürüldüyü məlumatını verib. 

Qeyd edək ki, ötən gün Türkiyə-Suriya sərhəddində İŞİD terror qruplaşmasının üzvləri ilə türkiyəli hərbçilər arasında silahlı qarşıdurma baş verib. Kilis vilayətinin Əlbəyli qəsəbəsində baş vermiş hadisə nəticəsində 1 zabit şəhid olub, 2 çavuş yaralanıb. 

Son xəbərlər

Orphus sistemi