​Türkiyə rəsmisi: "Avropa Parlamentinin himayəsi altında terror təşkilatının təbliğatının aparılması qəbuledilməzdir"

​Türkiyə rəsmisi: "Avropa Parlamentinin himayəsi altında terror təşkilatının təbliğatının aparılması qəbuledilməzdir" İbrahim Kalın: "Onlara "əl-Nusra Cəbhəsi", "Hizbullah" və əli qanlı Bəşşar Əsəd rejiminə də səgrilər açmalarını məsləhət görürük"
Region
12 İyul , 2016 23:05
​Türkiyə rəsmisi: Avropa Parlamentinin himayəsi altında terror təşkilatının təbliğatının aparılması qəbuledilməzdir

Bakı. 12 iyul. REPORT.AZ/ "Türkiyə vətəndaşlarını hədəf alıb, onları öldürən bir terror təşkilatının təbliğatının Avropa Parlamentinin himayəsi altında aparılması qəbuledilməzdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administarasiyasının sözçüsü İbrahim Kalın Avropa Parlamentinin binasında terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD"nin sərgisinin açılmasına münasibət bildirərəkən deyib.

"Bu sərginin təşkil edənlər "PYD-nin terrorçu İŞİD qruplaşamasına qarşı döyüşdüyü"nü iddia edirlərsə, o zaman onlara "əl-Nusra Cəbhəsi", "Hizbullah" və əli qanlı Bəşşar Əsəd rejiminə də səgrilər açmalarını məsləhət görürük.

Avropa Parlamentinin özü, Avropa İttifaqı PKK-nı terror qruplaşma olaraq qəbul edib. Onun Suriayadakı qolunun belə alqışlamasını hansı məqsədi qulluq etdiyini anlamaq çətindir. Avropa Parlamentinin belə bir terror qruplaşmasının təbliağtını çılpaqcasına aparmasını Türkiyə ikili standartın ən bariz nümunəsi olaraq dəyərləndirir.

Terrorçulıuğun təbliğatı özünüifadə azadlığı ola bilməz.

Bizim üçün "Nusra Cəbhəsi", İŞİD, "PYD" və PKK arasında bir fəqr yoxdur. Bunların hamısı bizim üçün terrorçudur.

Türkiyənin terrora qarşı qanununun dəyişdirilməsini istəyən avropalı siyasətçilərin əsl məqsədi də bu yolla anlaşılır".

Son xəbərlər

Orphus sistemi