Türkiyə qırıcıları İraqın şimalında terrorçuların 12 mövqeyini məhv edib

Türkiyə qırıcıları İraqın şimalında terrorçuların 12 mövqeyini məhv edib Silahlı Qüvvələr: "Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb"
Region
6 Sentyabr , 2016 09:29
Türkiyə qırıcıları İraqın şimalında terrorçuların 12 mövqeyini məhv edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların 12 mövqeyini darmadağın edib.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri tərəfindən yazılı açıqlama yayılıb.

Məlumata əsasən, döyüş təyyarələri İraqın şimalında yerləşən Metina və Hakurk bölgələrində terrorçuların mövqelərinə bombalayıb.

"Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb", - deyə açılamada bildirilib.

Son xəbərlər

Orphus sistemi