​Türkiyə Qətərə 3 min əsgər göndərir

​Türkiyə Qətərə 3 min əsgər göndərir Ankaranın Qətərdə quracağı hərbi bazada 3000-dən 5000-dək hərbçi xidmət edəcək
Region
10 İyun , 2015 13:18
​Türkiyə Qətərə 3 min əsgər göndərir

Bakı. 10 iyun. REPORT.AZ/ Qətərdə quracağı hərbi bazada Türkiyənin 3000-dən 5000-dək hərbçisi xidmət edəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, bazada az sayda Hərbi Dəniz Donanmasının da hərbçiləri xidmət edəcək.

Qeyd edək ki, bu, Türkiyənin xarici ölkə ərazisindək ilk hərbi bazasıdır. Bu baza beynəlxalq terrorçuluğa qarşı mübarizə məqsədilə yaradılır. Orada Türkiyənin Hərbi Hava Qüvvələri, Quru Qoşunları və xüsusi təyinatlılarının hissələri yerləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi