​Türkiyə prezidenti təhlükəsizlik məsələlərinə dair təcili toplantı çağırıb

​Türkiyə prezidenti təhlükəsizlik məsələlərinə dair təcili toplantı çağırıb Baş nazir Əhməd Davudoğlu Niderlanda səfərini təxirə salmalı olub
Region
9 Fevral , 2016 20:04
​Türkiyə prezidenti təhlükəsizlik məsələlərinə dair təcili toplantı çağırıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə və regionda vəziyyətə dair təcili toplantı çağırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Toplantıda Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, daxili işlər naziri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Toplantı əvvəlcədən prezidentin gündəlik iş qrafikinə daxil edilməmişdi. Bu səbəbdən baş nazir Əhməd Davudoğlu Niderlanda səfərini təxirə salmalı olub. 

Son xəbərlər

Orphus sistemi