Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 29-da Səudiyyə Ərəbistanına səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda "Əl-Həyat" qəzeti məlumat yayıb.
O, Səudiyyə Ərəbistanının kralı Salman Əbdül Əzizlə görüşəcək.
Görüş zamanı antiterror koalisiyası, Suriya və İraqdakı vəziyyətə dair məsələlərin, iki ölkə arasındakı münasibətlərin müzakirə ediləcəyi gözlənilir.