​Türkiyə prezidenti rusiyalı həmkarına zəng edib

​Türkiyə prezidenti rusiyalı həmkarına zəng edib Putin və Ərdoğan "Türkiyə axını"nı müzakirə ediblər
Region
18 Mart , 2015 05:01
​Türkiyə prezidenti rusiyalı həmkarına zəng edib

Bakı. 18 mart. REPORT.AZ/ Kremlin mətbuat xidmətinin məlumatına görə, Türkiyə tərəfinin təşəbbüsü ilə iki ölkə rəhbəri arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan söhbət zamanı "Türkiyə axını" barədə danışaraq qaz kəmərinin tikintisi layihəsini müzakirə ediblər.

Bundan əlavə, liderlər enerji layihələrinə daha çox diqqət ayıraraq ikitərəfli əməkdaşlığın müxtəlif məqamlarına toxunublar.

Son xəbərlər

Orphus sistemi