​Türkiyə prezidenti Rumıniya səfərini yarımçıq kəsib

​Türkiyə prezidenti Rumıniya səfərini yarımçıq kəsib Onun terrorçular tərəfindən ötən gün qətlə yetirilən prokurorun ailəsini ziyarəti edərək başsağlığı verəcəyi gözlənilir
Region
1 Aprel , 2015 17:06
​Türkiyə prezidenti Rumıniya səfərini yarımçıq kəsib

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya səfərini yarımçıq kəsərək ölkəsinə dönür. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Rumıniya prezidenti İohanninsin onun şərəfinə verəcəyi şam yeməyinə qatılmayıb.

Səfərin yarımçıq kəsilməsinə səbəb kimi İstanbul prokuroru Mehmet Selim Kirazın qətlə yetirilməsi göstərilib. Onun terrorçular tərəfindən ötən gün qətlə yetirilən prokurorun ailəsini ziyarət edərək başsağlığı verəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi