Türkiyə prezidenti: "Qərb bizi tək qoydu"

Türkiyə prezidenti: "Qərb bizi tək qoydu" Rəcəb Tayyib Ərdoğan: "Türkiyə üçün bir nömrəli təhdid terrorçu PKK-dır"
Region
7 Sentyabr , 2015 10:04
Türkiyə prezidenti: Qərb bizi tək qoydu

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Yalnız İŞİD-ə qarşı deyil, terrorçu PKK, PYD (Kürdlər Demokratik Birlik Partiyası) və DHKP-C-yə qarşı da (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) mübarizə aparırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Qərb bu mübarizədə Türkiyəni tək qoyub: "PKK-ya qarşı mübarizəni axıradək davam etdirəcəyik. Türkiyə üçün bir nömrəli təhdid terrorçu PKK-dır. İŞİD bizə xaricdən hədədir. Türkiyə üçün PKK-dan sonra ikinci təhdid mənbəyi İŞİD-dir.

Suriyada təhülkəsiz bölgə istəyimizin məqsədinin o ölkədə kürd idarəetmə sisteminin qurulmasının qarşısını almaq olduğu da yalandır".

Son xəbərlər

Orphus sistemi