Bakı. 20 Avqust. REPORT.AZ/ Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (Parlament) spikeri İsmət Yılmazı qəbul edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezident sarayında baş tutan qəbul 2 saatdan çox davam edib.
Görüş zamanı Türkiyədə yeni hökumətin formalaşdırılması məsələləri müzakirə olunub.