Türkiyə prezidenti Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedib

Türkiyə prezidenti Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedib Səfər çərçivəsində Ərdoğanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır
Region
9 İyun , 2016 16:57
Türkiyə prezidenti Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedib

Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak edəcək. 

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı ABŞ-ın Kentuki ştatının Luisvil şəhərinin hava limanında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç qarşılayıb.

Türkiyə prezidenti bu gün əfsanə boksçunun "Freedom Hall"da islami qaydalarına uyğun olaraq keçiriləcək dəfn mərasiminə və cənazə namazına qatılacaq.

Səfər çərçivəsində Ərdoğanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır. 

Türkiyə prezidentini səfərdə enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclər və idman naziri Akif Cağatay Qılınc müşayiət edir. 

Son xəbərlər

Orphus sistemi