​Türkiyə prezidenti: "İnşallah, koalisiya hökumətinin qurulması prosesi çox uzanmaz"

​Türkiyə prezidenti: "İnşallah, koalisiya hökumətinin qurulması prosesi çox uzanmaz" Onun sözlərinə görə, Böyük Millət Məclisində yeni üzvlərin andiçmə mərasimi iyunun 24-25-dək keçirilə bilər
Region
14 İyun , 2015 11:02
​Türkiyə prezidenti: İnşallah, koalisiya hökumətinin qurulması prosesi çox uzanmaz

Bakı. 14 iyun. REPORT.AZ/ "Konstitusiyada hökumətin qurulması üçün 45 gün zaman nəzərdə tutulub. İnşallah, bu proses uzanmaz". 

"Report" türk KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Bakı 2015" I Avropa Oyunlarının açılş mərasimindən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.

R.T.Ərdoğan deyib ki, seçkinin nəticələri koalisiya hökumətinə işarə edib, seçicilər bir partiyanın təkbaşına iqtidar olmasına icazə verməyib: "İşlər təbii məcrasında cərəyan edərsə və koalisiya hökuməti qurularsa, o zaman problem olmaz. Ancaq tutaq ki, seçkidə birinci yer tutan partiya hökuməti qurmağı bacarmazsa, ikinci yerdəki partiya da bunu qura bilmədi. Belə bir vəziyyətdə Konstitusiyaya uyğun olaraq, təkrar seçkiyə getmək qaçılmazdır. Mən buna "növbədənkənar deyil" "təkrar seçki" deyirəm. Ölkənin hökumətsiz qalacağı düşünülməməlidir".

Onun sözlərinə görə, Böyük Millət Məclisində yeni üzvlərin andiçmə mərasimi iyunun 24-25-dək keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi