​Türkiyə prezidenti almaniyalı aktyoru məhkəməyə verib

​Türkiyə prezidenti almaniyalı aktyoru məhkəməyə verib Komik öz verilişində Ərdoğanı kürd və xristianları sıxışdırmaqda ittiham edib
Region
12 Aprel , 2016 05:31
​Türkiyə prezidenti almaniyalı aktyoru məhkəməyə verib

Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya televiziyasının efirində haqqında təhqiredici şeir oxuyan komediya ustası Yan Bemermanı məhkəməyə verib.

"Report" xəbər verir ki, bu barədə alman prokurorluğuna istinadən "Reuters" məlumat yayıb.

Maynst prokurorluğunun məlumatına görə, Ərdoğan ZDF dövlət kanalında efirə gedən "Neo Magazin Royale" şousu zamanı onu təhqir edən Bemermanı hüquqi firma vasitəsi ilə məhkəməyə verib.

Komediya ustası öz şousunda Türkiyə liderini kürd və xristianları sıxışdırmaqda, həmçinin müxalifət qəzetlərini bağlamaqda ittiham edib. Bundan əlavə, şeirin mətnində şəxsi xarakterli təhqiredici sözlər də olub.

Bundan əvvəl Türkiyənin Almaniyadan Ərdoğan haqqında şeirə görə cinayət işi açılmasını tələb etdiyi məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi