​Türkiyə prezidenti 26-cı müşavirini təyin edib

​Türkiyə prezidenti 26-cı müşavirini təyin edib O, Türkiyənin Orta Doğu Texniki Universitetinin İdarəetmə fakültəsində ingiliscə təhsil alıb
Region
25 May , 2016 12:33
​Türkiyə prezidenti 26-cı müşavirini təyin edib

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər qolunun sədri Zəfər Çubukçu prezident Rəcəb Tayyib Ərdoğanın 26-cı müşaviri təyin olunub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Zəfər Çubukçu 1986-cı ildə Türkiyənin Qaradəniz bölgəsinin Karabük rayonunda anadan olub. O, Türkiyənin Orta Doğu Texniki Universitetinin İdarəetmə fakültəsində ingiliscə təhsil alıb. Aİləlidir.

Çubukçu 2014-cü ildə partiyanın gənclər qolu sədrliyini Abdurrahim Boynukalına təhvil verərək, Nazirlər Kabinetinə müşavir təyin edilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25-ci müşaviri parlamentdəki komissiyalardan birində işləyən Ayşə Türkmənoğlu olub. 

Son xəbərlər

Orphus sistemi