Türkiyə prezidenti ilə müxalifət liderləri arasında keçirilən görüşün detalları açıqlanıb

Türkiyə prezidenti ilə müxalifət liderləri arasında keçirilən görüşün detalları açıqlanıb İbrahim Kalın: "Görüşdə siyasi dialoq mexanizmlərindən faydalı şəkildə istifadə edilməsi barədə ortaq mövqe əldə olunub"
Region
25 İyul , 2016 20:44
Türkiyə prezidenti ilə müxalifət liderləri arasında keçirilən görüşün detalları açıqlanıb

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın dövlət başçısı ilə iqtidar və müxalifət partiyalarının liderləri arasında keçirilən görüşü şərh edib. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, o, Rəcəb Tayyib Ərdoğanın bu gün Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə partiya liderlərinə dövlət çevrilişi cəhdi ilə bağlı demokratiya, azadlıq və hüququn aliliyi prinsipləri məsələsində açıq-aydın mövqe nümayiş etdirdiklərinə görə təşəkkür etdiyini bildirib: "Türkiyə prezidenti ölkədəki birlik və bərabərliyin hər cür problemin öhdəsində gəlmək üçün ən önəmli vasitə olduğunu vurğulayıb".  

"Görüşdə dövlət çevrilişi cəhdi ilə bağlı istintaqın və fövqəladə vəziyyət rejiminin lazımı qaydada aparılacağı ifadə edilib və bu məsələdə bütün siyasi partiyaların əməkdaşlığının vacib olduğu məqsədəuyğun sayılıb. Eyni zamanda, oxşar problemlərin tamamilə həlli üçün siyasi dialoq mexanizmlərindən faydalı şəkildə istifadə edilməsi barədə ortaq mövqe əldə olunub", - deyə İ.Kalın söyləyib.  

Prezident Administrasiyasının sözçüsü qeyd edib ki, R.T.Ərdoğan siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq meydanlara çıxan millətin və verilən tapşırıqları yerinə yetirən təhlükəsizlik qüvvələrinin qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını deyib: "Dövlət başçısı Fəthullahçı terror təşkilatı (FETÖ), PKK və ölkənin təhlükəsizliyini təhdid edən digər qruplara qarşı mübarizə qətiyyətlə davam etdiriləcəyini bəyan edib. Bundan başqa, prezident 15 iyul gecəsi və ondan sonra baş verənlərlə bağlı da liderləri məlumatlandırıb".

Qeyd edək ki, görüşdə hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib. Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri görüşə qatılmayıblar. 

Son xəbərlər

Orphus sistemi