Türkiyə polisi HDP həmsədrinin evində axtarış aparıb

Türkiyə polisi HDP həmsədrinin evində axtarış aparıb Axtarış bu gün səhər saatlarında MLKP silahlı qruplaşmasına qarşı əməliyyatlar çərçivəsində həyata keçirilib
Region
15 İyun , 2016 16:18
Türkiyə polisi HDP həmsədrinin evində axtarış aparıb

Bakı. 15 iyun. REPORT.AZ/ Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, Van şəhərindən deputat seçilmiş Figen Yüksəkdağın İstanbul şəhərindəki evində axtarış aparılıb. 

"Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, axtarış İstanbul Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən bu gün səhər saatlarında MLKP silahlı qruplaşmasına qarşı əməliyyatlar çərçivəsində həyata keçirilib. 

Qeyd edək ki, İstanbul Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları Sultangazi, Arnavutköy, Beyoğlu, Güngören, Başakşehir, Kartal, Eyüp, Maltepe ve Üsküdardakı 24 müxtəlif ünvanda axtarış aparıb. Xüsusi təyinatlı polis dəstəsi, çevik polis alayı və polis helikopterinin də qatıldığı əməliyyatda çoxlu sayda şübhəli saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi