Türkiyə parlamentində yumruq davası, 4 yaralı

Türkiyə parlamentində yumruq davası, 4 yaralı İqtidar və müxalifət tərəfdarları arasında başlayan mübahisə davaya çevrilib
Region
18 Fevral , 2015 05:42
Türkiyə parlamentində yumruq davası, 4 yaralı

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində növbəti dəfə yumruq davası yaşanıb.

"Report" Hürriyet qəzetinə istinadla xəbər verir ki, hadisə dünən axşam "Daxili təhlükəsizlık paketi" adlı qanun layihəsinin müzakirəsi zamanı yaşanıb.

İqtidar və müxalifət tərəfdarları arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Başqa deputatların məsələrə qarışmasından sonra tərəfləri ayırmaq mümkün olub.

Nəticədə 4 deputat xəsarət alaraq xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi