​Türkiyə parlamentində ermənilər 3 deputatla təmsil olunacaq

​Türkiyə parlamentində ermənilər 3 deputatla təmsil olunacaq İyunun 7-də keçirilən seçkidə də onlar həmin partiyaların namizədi kimi deputat seçilmişdilər
Region
3 Noyabr , 2015 13:50
​Türkiyə parlamentində ermənilər 3 deputatla təmsil olunacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində ermənilər üç deputatla təmsil olunacaq.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, Markar Eseyan hakim İnkişaf və Ədalət Partiyasından, Selina Doğan Cümhuriyyət Xalq Partiyasından, Garo Paylan Xalqların Demokratik Partiyasından deputat seçiliblər.

Xatırladaq ki, bu il iyunun 7-də keçirilən seçkidə də onlar həmin partiyaların namizədi kimi deputat olmuşdular.

Qeyd edək ki, noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası 49,6 faiz (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) səs qazanıb.

Son xəbərlər

Orphus sistemi