​Türkiyə parlamenti deputatların toxunulmazlığının ləğv edilməsi layihəsinə səs verib

​Türkiyə parlamenti deputatların toxunulmazlığının ləğv edilməsi layihəsinə səs verib Dəyişiklikdən sonra 670 istintaq işi məhkəməyə göndəriləcək
Region
20 May , 2016 16:20
​Türkiyə parlamenti deputatların toxunulmazlığının ləğv edilməsi layihəsinə səs verib

Bakı. 20 may. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsi 376 səs lehinə olmaqla qəbul edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Dəyişiklik iki maddədən ibarətdir. Birinci maddənin lehinə 373, ikincinin lehinə isə 374 millət vəkili səs verib.

Ölkə prezidenti imzaladıqdan sonra bu qanun qüvvəyə minəcək.

Xatırladaq ki, ölkə konstitusiyasına edilən dəyişiklikdən sonra terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığı aradan qalxacaq və onlara qarşı cinayət işi açılacaq. Terrorçularla əməkdaşlıq edən millət vəkillərinin toxunulmazlığının ləğv edilməsi və barələrində cinayət işinə başlanması haqda parlamentə müraciətlər olub. Ancaq konstitusiyada belə deputatların toxunulmazlığının ləğv edilməsi haqda uyğun maddə olmadığından onlara qarşı cinayət işi açılmırdı. Dəyişiklikdən sonra 670 belə istintaq işi məhkəməyə göndəriləcək.  

Son xəbərlər

Orphus sistemi