​Türkiyə ordusunun hərbçisi girovluqdan azad edilib

​Türkiyə ordusunun hərbçisi girovluqdan azad edilib Bu haqda baş nazir sosial şəbəkədə məlumat verib
Region
6 Yanvar , 2015 09:44
​Türkiyə ordusunun hərbçisi girovluqdan azad edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Milli İstihbarat Təşkilatının (Türkiyənin Təhlükəsizlik Nazirliyi) apardığı əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin giziri Özgür Örsün girovluqdan azad edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda baş nazir Əhməd Davudoğlu twitter səhifəsində  yazıb: "Suriya ilə sərhəddə qaçaqmalçılara qarşı mübarizədə vəzifəsini yerinə yetirərkən girov götürülən gizirimizi ölkəmizə gətirdik. MİT-in uğurlu əməliyyatı nəticəsində o, öz ocağına döndü. Bu münasibətlə millətimizə göz aydınlığı verirəm".

Xatırladaq ki, gizir Özgür Örsün yanvarın 1-də Suriya ilə sərhəddə - Kilisdə qaçaqmalçılara qarşı əməliyyat zamanı girov götürülmüşdü. Ö.Özgürün "İŞİD" yaraqlıları tərəfindən girov götürüldüyü ehtimal olunurdu.

Lakin hələ onu girov götürənlər haqda rəsmi açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi