Türkiyə ordusunun sərhədə yığdığı tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib

Türkiyə ordusunun sərhədə yığdığı tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib Bölgəyə 65 min hərbçi cəlb olunub
Region
6 İyul , 2015 15:43
Türkiyə ordusunun sərhədə yığdığı tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Kilis sərhəd bölgəsinə cəlb etidiy tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, toplar İŞİD-in nəzarəti altında olan bölgəyə tuşlanıb. Türkiyədən-Suriyaya Suriyadan-Türkiyəyə keçmək istəyənlərə icazə verilmir. 

Xəbərə əsasən, pilotsuz uçan aparatlar sərhədboyu Suriyadakı hadisələri və vəziyyəti izləyir. Təhlükəsizlik qüvvələri sərhədə gecə-gündüz keşik çəkir.

Məlumatda qeyd olunub ki, 910 km-lik Türkiyə-Suriya sərhədində 317 sərhəd məntəqəsi fəaliyyət göstərir. Orada 65 min hərbçi vəzifəsini icra edir.

Son xəbərlər

Orphus sistemi