Mövlud Çavuşoğlu: "Türkiyə oktyabrdan Aİ ilə vizasız rejimin tətbiq ediləcəyini gözləyir"

Mövlud Çavuşoğlu: "Türkiyə oktyabrdan Aİ ilə vizasız rejimin tətbiq ediləcəyini gözləyir" "Aİ Türkiyəyə qarşı ikili standartlar tətbiq edir"
Region
15 Avqust , 2016 12:11
Mövlud Çavuşoğlu: Türkiyə oktyabrdan Aİ ilə vizasız rejimin tətbiq ediləcəyini gözləyir

Bakı. 15 avqust. REPORT.AZ/ "Avropa İttifaqı oktyabr ayının sonuna qədər Türkiyə ilə vizasız rejim tətbiq etməsə, miqrasiya sazişlərinin həyata keçirilməsi təhlükə altında olacaq".

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

"Bizim Avropa İttifaqı ilə razılaşmalarımız var. Həmin sənədlərdə oktyabr ayında Türkiyə ilə vizasız rejimin tətbiq ediləcəyi açıq-aydın göstərilib. Ya tərəflər bütün şərtləri vaxtında yerinə yetirəcək, ya da bütün razılaşmaları bir kənara qoyacağıq", - deyə M.Çavuşoğlu bildirib.

XİN başçısı həmçinin Aİ-ni Türkiyəyə qarşı ikili standartların tətbiqində də ittiham edib: "Aİ Türkiyəyə qarşı mövqedə özünü rəhbər kimi aparır və belə düşüncə tərzi qəbuledilməzdir".

Son xəbərlər

Orphus sistemi