Türkiyə Nazirlər Kabinetinin 257 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb - YENİLƏNİB

Türkiyə Nazirlər Kabinetinin 257 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb - YENİLƏNİB Məmurların kimlik kartları müsadirə edilib
Region
19 İyul , 2016 15:34
Türkiyə Nazirlər Kabinetinin 257 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb - YENİLƏNİB

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Nazirlər Kabinetinin 257 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məmurların kimlik kartları müsadirə edilib.

*** 13:47

Türkiyə Nazirlər Kabinetinin binasında axtarışlar başlayıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, polis əməkdaşları paytaxt Ankara şəhərinin "Willy Brandt" küçəsində yerləşən əlavə xidməti binaya giriş-çıxışı məhdudlaşdırıblar. 

Məlumatda xeyli sayda məmurun kimlik kartının müsadirə edildiyi və vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Eyni zamanda, polislərin xeyli sayda sənədi araşdırılması üçün götürdüyü qeyd olunur. 

Axtarışların 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olduğu vurğulanır. 

Son xəbərlər

Orphus sistemi