Türkiyə müdafiə nazirinin şəxsi köməkçisi də saxlanılıb

Türkiyə müdafiə nazirinin şəxsi köməkçisi də saxlanılıb Ümumilikdə 2400-dək hərbçi həbs edilib
Region
17 İyul , 2016 22:15
Türkiyə müdafiə nazirinin şəxsi köməkçisi də saxlanılıb

Bakı. 17 iyul. REPORT. AZ/ Türkiyə müdafiə naziri Fikri İşıkın şəxsi köməkçisi Teyfik Gök də saxlanılıb.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, polislər tərəfindən dindirilən Gök silahlı çevrilişə cəhddə günahlandırılır.

Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2400-dək hərbçi həbs edilib.

Ankara Baş Prokurorluğu isə 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.

Türkiyədə iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi