Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb Həmin şəxslər barəsində baş tutmayan hərbi çevrilişdə iştirakla bağlı istintaq başlanıb
Region
19 İyul , 2016 17:25
Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb. 

Həmin şəxslər barəsində istintaq başlanıb. 

Nazirliyin məlumatında həmçinin mərkəz və əyalət təşkilatlarında çalışan əməkdaşların FETÖ/PYD ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmaların başlandığı bildirilib. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də FETÖ/PYD tərəfindən hərbi çevrilişə cəhd olub. 

Son xəbərlər

Orphus sistemi