Türkiyə milli müdafiə naziri: "Çevriliş cəhdi yaxın zamanda yatırılacaq"

Türkiyə milli müdafiə naziri: "Çevriliş cəhdi yaxın zamanda yatırılacaq" Türkiyə ordusunun Baş qərargah rəisi hərbi qurumun binasında girov götürülüb
Region
16 İyul , 2016 03:18
Türkiyə milli müdafiə naziri: Çevriliş cəhdi yaxın zamanda yatırılacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədəki hərbi çevriliş cəhdi yaxın zamanda yatırılacaq. “Report” xəbər verir ki, bunu NTV kanalına Türkiyə milli müdafiə naziri Fikri İşıq bildirib.

“Çevriliş cəhdinin yaxın zamanda qarşısı alınacaq, hərbçilərə qeyri-qanuni əmrləri yerinə yetirməməyə çağırıram”, - F.İşıq bildirib.

Milli müdafiə naziri, həmçinin bildirib ki, onda olan məlumatlara görə Türkiyə ordusunun Baş qərargah rəisi hərbi qurumun binasında girov götürülüb.

Son xəbərlər

Orphus sistemi