Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri istefa verib

Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri istefa verib Hakan Fidan parlament seçkilərində iştirak edəcək
Region
7 Fevral , 2015 12:34
Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri istefa verib

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vəzifəsindən istefa verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb onun bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilməsi planlaşdırılan seçkilərdə millət vəkilliyinə namizəd olacağıdır.

Artıq H.Fidan fevralın 10-da öz vəzifəsindən ayrılacağı ilə bağlı istefa ərizəsini Türkiyə Baş Nazirliyinə təqdim edib və baş nazir Əhməd Davudoğlu onun istefasını qəbul edib.

Qeyd edək ki, H.Fidan 2010-cü il mayın 25-dən bəri MİT rəhbəri postunda çalışırdı.

Xatırladaq ki, Türkiyə Yüksək Seçim Kurulunun (MSK) elan etdiyi təqvimə əsasən, deputatlığa namizəd olacaq dövlət məmurları 2015-ci il fevralın 10-dək vəzifələrindən istefa verməlidirlər. 

Son xəbərlər

Orphus sistemi