Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyə Mali və Orta Afrika Respublikasına sülhməramlı göndərir.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Böyük Millət Məclisi (TBMM) bununla bağlı Türkiyə Nazirlər Kabinetinin ölkə parlamentinə göndərdiyi qanun layihəsini qəbul edib.
Sənəd hökumətə bir il müddətinə Türkiyə Silahlı Qüvvələrinin BMT-nin Mali Orta Afrika Respublikasındakı missiyalarında iştirak etmələri üçün ölkə xaricinə göndərilməsinə icazə verir.